RU

Məşhur müğənni yıxıldı - başına 7 tikiş qoyuldu

Məşhur müğənni Semiçenk bir neçə gün əvvəl evində baş verən bədbəxt hadisədən sonra xəstəxanaya yerləşdirilib.

Sənətçi qan təzyiqinin qəfil aşağı düşməsi nəticəsində yıxılıb və baş nahiyəsindən xəsarət alıb. Hadisə nəticəsində müğənninin başına yeddi tikiş qoyulduğu bildirilib. Məlumata görə, Semiçenk bir müddət huşunu itirib və bu xəbər pərəstişkarları arasında narahatlıq yaradıb. Sonradan sənətçinin yaxın rəfiqəsinin sosial şəbəkədə etdiyi paylaşım vəziyyətin düşündüyü qədər ağır olmadığını göstərib.

Paylaşımda “Uğurlar, dostlar, Ramazan bayramınız mübarək” sözləri yer alıb. Bildirilir ki, başına qoyulan tikişlərin çıxarılması üçün müğənni yenidən xəstəxanaya müraciət edib. Hazırda Semiçenkin səhhətinin yaxşı olduğu, vəziyyətinin stabilləşdiyi və əhval-ruhiyyəsinin yüksək olduğu qeyd olunur./Sfera.az

Избранный
71
musavat.com

1Источники