RU

"Beşinci qrupa gedən uşaqlara buraxılış imtahanında ikinci qrup səviyyəsində riyaziyyat sualı salınır" - Ekspertdən ETİRAZ

"OTK sınaqları demək olar ki, Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanır. OTK uşaqları daha çox cəlb etmək üçün onlayn və asan sınaq təşkil edir ki, növbəti sınaq imtahanında uşaq rahat bir şəkildə iştirak etsin. Çətin olduğu təqdirdə istər-istəməz abituriyent həmin sınaqda yenidən iştirak etməyəvək, başqa bir sınağa üz tutacaq. Bu da OTK-ya, əlbəttə ki, sərf eləmir. Yanaşma odur ki, müştəri qaçırmaq lazım deyil".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi.

Müshaibimizin fikrincə, sınaq imtahanlarının suallarının asan salınması sırf biznes marağı ilə bağlıdır.

"Buraxılış imtahanında sadəcə universitetə hazırlaşan uşaqlar iştirak etmir. Burada universitetlə yanaşı kollecə hazırlaşan uşaqlar da iştirak edir. Beşinci ixtisas qrupunda uşaq rəssamlığa və yaxud da ki, incəsənət sahələrinə, musiqi istiqamətində olan ixtisaslara, idman ixtisaslarına müraciət edir. Bu uşaqlara ikinci qrup səviyyəsində riyaziyyat sualı salınır. Musiqiyə gedən bir uşağa bu çətinlikdə, bu ağırlıqda riyaziyyat sualının salınmasının nə mənası var, mən başa düşə bilmirəm".

Aytəkin TOFİQQIZI

Избранный
29
1
redaktor.az

2Источники