RU

Azərbaycan sülh gündəliyinə xüsusi töhfə verir Vüqar Bayramov

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı qeyd edib ki, təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov vurğuladı ki, Azərbaycan üçün təhlükəsizlik və eyni zamanda regiondakı geosiyasi mövqeyin daha da gücləndirilməsi əsas prioritetlərdəndir:

"Regionda xüsusən də İran müharibəsi göstərir ki, ciddi geosiyasi təhdidlər var və bu təhdidlər fonunda Azərbaycanın təhlükəsizliyini tam olaraq qoruması və regionda yeni düzənin formalaşmasında xüsusi paya malik olması sözsüz ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələri kimi qiymətləndirilməlidir. Azərbaycan MDB-də konfliktə, münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyü və suverenliyini tam bərpa edən ilk dövlətdir və bu kontekstdə Azərbaycan artıq sülh gündəliyinə xüsusi töhfə verir.

Ermənistanla iqtisadi əlaqələrin mərhələli şəkildə bərpası, nəqliyyat istiqamətində aparılan danışıqlar, Avropa Şurası Prezidenti Antonio Koştanın Bakıya səfəri zamanı Azərbaycan Prezidenti ilə birgə bəyanatında da qeyd olunduğu kimi, regional dəhlizlərin daha yaxından dəstəklənməsi və xüsusən də Zəngəzur dəhlizi və Naxçıvan vasitəsilə yüklərin daşınması perspektivləri ondan xəbər verir ki, Azərbaycanın təhlükəsizliyi həm də regionun təhlükəsizliyi üçün vacibdir. Bu istiqamətdə əldə edilən uğurlar regionda təhlükəsizliyin formalaşmasına xüsusi zəmin yaradır".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
50
1
redaktor.az

2Источники