RU

“Artsax” adının istifadəsi müharibəyə çağırışdır - Paşinyan

Kilsələrdə keçirilən dini ayinlər zamanı “Artsax”ın xatırladılması müharibəyə çağırışdır və bu, Azərbaycanla sülh prosesinə mane olur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı jurnalistlərə deyib.

Paşinyan xatırladıb ki, Azərbaycanla müharibə başa çatıb və buna görə də artıq heç bir “Qarabağ hərəkatı” mövcud deyil. Onun sözlərinə görə, istənilən tribunadan “Artsax Respublikası” adının çəkilməsi "müharibəyə aparan yol” deməkdir.

“Yaxşı, biz başa düşürük, gəlin hamımız “Artsax Respublikasına” istinad etməyə başlayaq, bu nə deməkdir? Bu, münaqişə deməkdir. Belə hər bir ifadə müharibəyə çağırış deməkdir: bu gün, sabah, birisi gün, ondan sonrakı gün - bilmirəm, amma bu, müharibəyə çağırış deməkdir”, — deyə Ermənistanın Baş naziri qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar./Trend

Избранный
8
2
bakivaxti.az

3Источники