RU

“Hər cür ssenariyə hazırıq” Hakan Fidandan kritik xəbərdarlıq

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Regionda baş verən müharibə mümkün qədər tez dayandırılmalıdır və Ankara bu istiqamətdə intensiv diplomatik fəaliyyət aparır".

Bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan bildirib.

“Bu müharibə bir an əvvəl başa çatmalıdır. Biz hazırda intensiv diplomatik fəaliyyət həyata keçiririk və bütün ssenarilərə hazırıq. İranda vətəndaş müharibəsi yaratmağa çalışan, etnik və ya dini qarşıdurmaları qızışdıran hər cür plana qəti şəkildə qarşıyıq”, -deyə o qeyd edib.

Nazir bildirib ki, İranda separatçı ssenarilərin gündəmə gətirilməsi cəhdləri müşahidə olunur və bu cür təşəbbüslər region üçün təhlükə yarada bilər. Onun sözlərinə görə, müzakirələrin fasiləsiz davam etməsi vacibdir.

“Ölkəmiz sülh naminə bütün tərəflərlə əməkdaşlığı davam etdirəcək. Danışıqların növbəti mərhələsinin keçirilməsi üçün ev sahibliyi etməyə hazırıq”, – deyə Fidan qeyd edib.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
57
azpolitika.info

1Источники