RU

İranda həlak olan tələbələrin sayı açıqlandı

İranın elm, tədqiqat və texnologiya nazirinin köməkçisi Məhəmməd Əli Dadqostarnia ölkənin təhsil ictimaiyyətini sarsıdan ağır rəqəmləri açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı "Mehr" agentliyi yayıb.

Nazir müavininin sözlərinə görə, ABŞ və İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 33 universitet tələbəsi həyatını itirib.

"Düşmənin İran ərazisinə etdiyi təcavüz nəticəsində şəhid olan tələbələrimizin sayı 33 nəfərə çatıb", - deyə Dadqostarnia bəyan edib.

Xatırladaq ki, son məlumatlara görə, bölgədə gərginlik pik həddədir və tərəflər arasında qarşılıqlı hərbi zərbələr davam edir.

Избранный
18
publika.az

1Источники