RU

Adı dəyişdirilən kəndlərdə sosial mədəni mühit dəyişib, hazırda azərbaycanlılar yaşayır və kənd adının milliləşdirilməsini istəmişdilər

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda 3 kəndin adı dəyişir. Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka yaşayış məntəqəsinin adı dəyişdirilərək Elbir kəndi, Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka yaşayış məntəqəsinin adı dəyişdirilərək Çinarlı kəndi və Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Timiryazev yaşayış məntəqəsinin adı dəyişdirilərək Bəhrəli kəndi adlandırılacaq.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda toponimlərin dəyişdirilməsi, xüsusən kənd adlarının dəyişdirilməsi, yerli kənd icmasının təşəbbüsü ilə Milli Məclisə daxil olur və bu zaman adın dəyişdirilməsi ilə bağlı yerli icmanın rəyi də nəzərə alınmaqla belə bir proses başladılır: “Biz dünən Quba rayonunda üç kəndin adını dəyişdik. Çünki bu, həmin kəndlərdə yaşayan yerli icmanın, yəni kənd sakinlərinin təşəbbüsü ilə Milli Məclisə daxil olmuşdur. Məsələn; mahiyyəti ondan ibarətdir ki, vaxtilə həmin kəndlərdə etno-sosial mühit fərqli olduğuna görə kəndlər ötən əsrin əvvəllərində və XIX əsrin son yana köçürülmüş və malakan-rus icmasının yaşadığı kəndlər olmuşdur. Hazırda onlar həmin kəndlərdə yaşamır. Kəndin sosial, mədəni mühiti fərqlidir. Azərbaycanlılar yaşayırlar və onlar bu adların dəyişdirilməsini və milliləşdirilməsini istəmişdilər. Bunu əsas götürərək biz də toponim komissiyasında yenə də kənd icmasının özünün irəli sürdüyü adlarla və onun Azərbaycanın tarixi, etnik toponim yaddaşına uyğunlaşdıraraq dəyişilməsini təmin etdik. Çünki artıq orada o kənddə azərbaycanlılar yaşayırlar”.

Hikmət Babaoğlu

Hikmət Babaoğlu qeyd edib ki, "İvanovka" kəndinin adı və yaxud fərqli toponimlərin dəyişməsinə gəldikdə, şübhəsiz ki, yenə də əgər təşəbbüs ünvanlarsa, bu müraciət qiymətləndirilə bilər: “Əgər konkret misal çəksək, hazırda İvanovka kəndində əhalinin tərkibi və sosial mədəni münasibətləri ənənəvi olaraq dəyişməyib. Ona görə də icmadan da belə bir təşəbbüs gəlmədiyinə görə, hər hansı bir adın dəyişməsi ilə bağlı komissiyanın özü təşəbbüs etməyəcək və etmir. Bu kəndlərin icması "İvanovka" kəndi adı altında o kənddə yaşamaq istəyirsə, bir o qədər də yaşayacaqlar. Və bunun dəyişdirilməsi ilə bağlı heç bir təşəbbüs olmayacaq”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
icma.az

1Источники