RU

Hökumət Ödəniş Portalı ilə əməliyyatların ümumi dəyəri 6 %-dən çox artıb

​2025-ci ildə Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə 114,4 milyon sayda 8,6 milyard manatlıq əməliyyat aparılıb.

"Far.Az" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə müvafiq olaraq 25,7 % az və 6,2 % çoxdur.

HÖP-ü 2008-ci ildə Azərbaycan Mərkəzi Bankı "Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (KÖMİS) adı ilə yaradıb, 2011-ci ildə onun adını indikinə dəyişib. ​Sistem genişləndikcə bura kommunal ödənişlərlə yanaşı, dövlət rüsumları və cərimələr də əlavə olunub.

Hazırda HÖP vergi, rüsum, cərimə, kommunal və digər büdcə ödənişlərinin mərkəzləşdirilmiş şəkildə, elektron formada toplanmasını təmin edən strateji bir platformadır.

Избранный
26
far.az

1Источники