RU

Beşinci “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramına start verilib

Beşinci
Beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri mentorlar tərəfindən təqdim olunan 1 illik fərdi inkişaf planının icrasına başlayıblar. 1news.az xəbər verir ki, müsabiqənin İşçi Qrupu tərəfindən mentorlar və qaliblər arasında bölgü aparılıb və proqramın icrasına başlanılıb.
Müsabiqə qaydalarına əsasən, 20 qalib bir il müddətində Mentorluq Proqramında iştirak edəcək, ölkənin müxtəlif sahələrini təmsil edən idarəçi rəhbərlərin təcrübəsindən yararlanmaq imkanı əldə edəcək. Proqram çərçivəsində hər bir qalib üç fərqli idarəçi rəhbərin mentorluğu ilə bilik və bacarıqlarını sistemli şəkildə inkişaf etdirəcək. Mentorluq Proqramı üzrə bölgü aşağıdakı qaydada həyata keçirilib: İqtisadiyyat naziri Mikayıl Cabbarov Qaliblər: Kamran Ələsgərov, Elnur Məmmədli Ədliyyə naziri Fərid Əhmədov Qaliblər: Məmməd Balacanov, Ramil Hüseynzadə Gənclər və idman naziri Fərid Qayıbov Qaliblər: Məmməd Həsənov, Ramil Hüseynzadə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qalib: Kamran Sadıxlı, Fərid Hüseynov Elm və təhsil naziri Emin Əmrullayev Qalib: Kamran Sadıxlı, Toğrul Xəlilov Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qaliblər: Qoşqar Daşdiyev, İrşad Əsgərxanlı Energetika naziri Pərviz Şahbazov Qalib: Əli Kərimli Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qaliblər: İbrahim Məmmədov, İrşad Əsgərxanlı Səhiyyə naziri Teymur Musayev Qalib: Ramil Hüseynzadə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qalib: Əli Kərimli Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan xüsusi nümayəndəsi Vahid Hacıyev Qalib: Kamran Ələsgərov Milli Məclisin Aparat rəhbəri Fərid Hacıyev Qaliblər: Məmməd Balacanov, Fatimə Eyyub Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qalib: Fatimə Eyyub Gömrük Komitəsinin sədri Şahin Bağırov Qaliblər: İrşad Əsgərxanlı, Fərid Hüseynov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qalib: Mirqəni Hüseynli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Qaliblər: İbrahim Məmmədov, Orxan Nağıyev Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Qaliblər: Kamran Sadıxlı, Fərid Mustafayev Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Qaliblər: Elnur Mirzəzadə, Elnur Məmmədli Mərkəzi Bankın sədri Taleh Kazımov Qaliblər: Şəhriyar Həsənverdiyev, Fatimə Eyyub İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Qaliblər: Qoşqar Daşdiyev, Orxan Nağıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Sahib Məmmədov Qalib: Qoşqar Daşdiyev "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov Qalib: Numrəddin Hüseynov SOCAR-ın prezidenti Rövşən Nəcəf Qaliblər: Elnur Mirzəzadə, Fərid Mustafayev Azərbaycan Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov Qalib: Toğrul Xəlilov, Şəhriyar Həsənverdiyev Milli Məclisin deputatı Şahin Seyidzadə Qaliblər: Əliağa Ağayev, Numrəddin Hüseynov "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev Qaliblər: Orxan Nağıyev, Məmməd Həsənov "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qaliblər: Şəhriyar Həsənverdiyev, Toğrul Xəlilov Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev Qaliblər: Kamran Ələsgərov, Numrəddin Hüseynov "Pasha Holding"in Baş icraçı direktoru Cəlal Qasımov Qaliblər: Əli Kərimli, Məmməd Balacanov "Azərbaycan Beynəlxalq Bankı"nın İdarə Heyətinin sədri Abbas İbrahimov Qaliblər: Əliağa Ağayev, Fərid Hüseynov bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Qaliblər: Mirqəni Hüseynli, Əliağa Ağayev "Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov Qaliblər: Elnur Mirzəzadə, Fərid Mustafayev "PAŞA Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Qaliblər: Mirqəni Hüseynli, Elnur Məmmədli "Bank Respublika" ASC-nin İdarə Heyətinin Sədri Tarıyel İsmayilov Qalib: İbrahim Məmmədov "Azerconnect Group"un baş direktoru Emil Məsimov Qalib: Məmməd Həsənov "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Избранный
12
1
1news.az

2Источники