Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
15 mart Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür.
Bununla əlaqədar olaraq 12 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Cebheinfo.az” xəbər verir ki, 15 mart günü 1962-ci ildə ABŞ prezidenti Con Kennedinin Konqresi açarkən səsləndirdiyi “Biz istehlakçılarıq, bizim səsimiz ən ali dövlət orqanlarında eşidilməlidir” çağırışı ilə gündəmə gəlib.
1997-ci ildən başlayaraq “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) 15 mart – Beynəlxalq İstehlakçı Gününü şəhərin mərkəzində yerləşən küçələrdə maarifləndirici şüarlarla küçə nümayişləri etməklə qeyd edib. 1998-ci ildən isə AİİB beynəlxalq istehlakçı təşkilatı – Consumer International-a üzvlüyə qəbul olunub.
Bu gün keçirilən tədbir “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusuna həsr olunub.
Tədbirdə mövzu ilə bağlı müxtəlif məruzə və təqdimatlar dinlənilib. Məruzələr istehlakçı hüquqlarının qorunması baxımından müasir dövrdə mövcud olan problemlərə həsr olunub.
Çıxış edənlər arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev müasir şəraitdə istehlakçı hüquqlarının daha çox pozulduğu sahələrə toxunub.
O, təmsil etdiyi qurumun bu istiqamətdə gördüyü işlərdən bəhs edərək, müasir texnologiyaların bəzi hallarda cinayətkar şəxslərin əlində vasitəyə çevrildiyini və bu hallarla mübarizənin effektiv üsulları barədə məlumat verib.
Tədbirdə həmçinin Gülnar Hüseyn, Ramil Əşrəfov və Yusif Tapdıqlı tərəfindən təqdimatlar edilib. Onların təqdim etdiyi məlumatlar müasir rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi şəraitdə istehlakçı maarifləndirilməsi və istehlakçı davranışı baxımından əhəmiyyətli hesab olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.