RU

Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? Ekspert İZAH ETDİ VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ötən gün axşam saatlarında Sabunçu rayonu, Aeroport şosesində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində hadisənin "Hyundai" markalı 77-RK-290 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən 1993-cü il təvəllüdlü Taleh Bayram oğlu Musayevi və 2009-cu il təvəllüdlü Mirkamil Mirsaleh oğlu Cəfərovu vurması ilə qeydə alındığı müəyyənləşib.

Baş verən qəza hadisəsini şərh edən Avtosfer.az-ın rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, hadisənin baş verməsində hər iki tərəfin günahı var:

“Avtomobil öz zolağı ilə hərəkət edir. Təxminən 100 metr məsafədə yeraltı keçid olduğu halda, piyadalar qayda pozurlar. Amma sürücü də sanki məqsədli şəkildə öz zolağından çıxır və zolaqları ayıran xəttin üstündə piyadaları vurur. Elə bil, tapşırıq verilib ki, onları mütləq vurmalısan. Bu video piyadaların maarifləndirilməsi məqsədilə yayılıb. Videoya diqqətlə baxsaq, görərik ki, vurulan piyadalardan birinin əlində qab var. Ehtimal ki, onların sürüdüyü avtomobil Aeroport yolunun digər tərəfində nasazlayıb, yanacağı bitib. Onlar da maşından düşüb, piyada keçidinə yaxınlaşmaq əvəzinə məsafə və vaxta qənaət etmək üçün elə 11 zolaqlı yolun ortasından keçib”.

Elməddin Muradlının qəzanı şərh etdiyi həmin videosunu təqdim edirik:

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
64
avtosfer.az

1Источники