RU

Vətəndaşları işə düzəltmək adı ilə dələduzluq - 300 min manat...



Vətəndaşları işə düzəltmək adıyla 300 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilən Sahil Göyüşovun cinayət işi üzrə məhkəməsi ilk baxış iclası başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib.

Zərərçəkmiş şəxs Səmid Kərimli bildirib ki, təqsirləndirilən şəxsə guya Ədliyyə Nazirliyində işə düzəldəcəyinə görə 14 min manat pul verib.

Məhkəmənin növbəti iclası aprelin 2-nə təyin olunub.

Qeyd edək ki, iş üzrə 16 zərərçəkmiş var və ümumilikdə dəymiş ziyan isə 300 min manatdan artıqdır. İttihama görə, təqsirləndirilən şəxs vətəndaşları müxtəlif işlərə düzəldəcəyi ilə bağlı yalan vəd verərək onlardan pul alıb.

Sahil Göyüşova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.



Избранный
70
5
aia.az

7Источники