RU

Viktor Orbanın anası ilə telefon danışığı gündəm oldu VİDEO

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Macarıstanın Baş naziri Viktor Orban anası ilə telefon danışığı gündəm olub.

Oxu.Az xəbər verir ki, o, ünsiyyəti əks etdirən görüntüləri "Facebook"da paylaşıb. Baş nazir Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş generalı Qriqori Omelçenkonun ailəyə qarşı təhdidlərindən sonra anasına zəng edərək onu sakitləşdirib. Söhbət əsnasında Orban valideynləri ilə maraqlanıb və onlara yaxşı olduğunu bildirib.

"Mənim üçün narahat olmayın, yaxşıyam. Hər şeyin öhdəsindən gələ bilərəm", - deyə o, anasının sualına cavab verib.

Daha sonra siyasətçi anasının narahat olduğunu etiraf edib, lakin vəziyyətini daha da ağırlaşdırmamaq üçün bunu göstərməməyi üstün tutub.

View this post on Instagram

Xatırladaq ki, bir müddət əvvəl Viktor Orban sosial mediada ailəsinin Ukrayna tərəfindən təhdidlər aldığını bildirib.

Qeyd edək ki, Volodimir Zelenski Ukraynaya 90 milyard avroluq krediti bloklamağa davam edəcəyi təqdirdə Orbanla əlaqəli məlumatları Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri ilə paylaşacağı ilə hədələyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
oxu.az

1Источники