RU

İranın yeni Ali Rəhbəri İsrail və ABŞ-ı "digər cəbhələr"in açılacağı ilə hədələyib

Əgər müharibə davam etsə, “digər cəbhələr” açılacaq.

Bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətində bildirib.

O qeyd edib ki, ABŞ və İsrailin daha az təcrübəyə malik olduğu, həssas və zəif olduqları digər cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılıb.

“Müharibə davam edərsə, məsləhətlər nəzərə alınaraq, həmin cəbhələrin aktivləşdirilməsi həyata keçiriləcək”, - İranın Ali Rəhbəri vurğulayıb.

Müctəba Xamenei "düşmənlərin etdiklərinin hesabını ödəyəcəyini" deyib.

“Yenə təkrar edirəm: İran İslam Respublikası bölgədə hökmranlıq və ya müstəmləkəçilik yaratmaq istəmədən, bütün qonşularla birlik, əməkdaşlıq və qarşılıqlı səmimi münasibətlər saxlamağa tam hazırdır”, - o əlavə edib.

XXX

“Son hücum zamanı bəzi hərbi bazalardan istifadə edildi. Təbii ki, biz də əvvəlcədən açıq xəbərdarlıq etdiyimiz kimi, həmin ölkələrə qarşı birbaşa təcavüz etmədən, yalnız həmin bazaları hədəfə aldıq”, - İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətində bildirib.

O, bundan sonra məcburi şəkildə qonşu ölkələrdəki hərbi bazaları vuracaqlarını qeyd edib: “Biz yenə də qonşularımızla dostluğun zəruri olduğuna inanırıq”.

Müctəba Xameneni həmin ölkələri “İrana hücum edənlərlə bağlı” mövqelərini aydınlaşdırmağa çağırıb və tövsiyə edib ki, həmin bazaları mümkün qədər tez bağlasınlar.

Избранный
86
11
marja.az

10Источники