RU

Azərbaycanda virtual kartların sayı 25%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin 1 yanvar tarixinə Azərbaycanda dövriyyədə olan ödənişkartlarının sayı 22 milyon ədəd təşkil edib, virtual kartlaristisna olmaqla ödəniş kartlarının 91.6%-i təmassız ödənişləridəstəkləyib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, 2024-cü il ilə müqayisədə ödəniş kartlarının sayı10.5% artıb. Emissiya edilən ödəniş kartlarının 90.6%-ni (19.9milyon ədəd) debet kartlar, 9.4%-ni (2.1 milyon ədəd) isə kreditkartları təşkil edib. Eyni zamanda, virtual kartların sayı 24.6%artaraq 2.3 milyon ədədə çatıb və dövriyyədə olan ödənişkartlarının 10.7%-ni məhz virtual kartlar təşkil edib.

2025-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmışəməliyyatların ümumi həcmi 2024-cü il ilə müqayisədə 19.3% artaraq146.7 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 25.6%artaraq 99.1 milyard manat olub. 2025-ci il ərzində elektronticarət əməliyyatlarının sayı 2024-cü il ilə müqayisədə 43.4%artaraq 1.5 milyard ədəd, həcmi isə 29.8% artaraq 86.4 milyardmanat olub.

2025-ci il ərzində POS-terminallar vasitəsilə aparılan nağdsızəməliyyatların sayı 2024-cü il ilə müqayisədə 22.3% artaraq 760.5milyon ədəd, həcmi isə 3.3% artaraq 12.7 milyard manat olub.

2025-ci il ərzində POS-terminallarla aparılan təmassızödənişlərin sayı 2024-cü il ilə müqayisədə 22.5% artaraq 734.8milyon ədəd, həcmi isə 4.7% artaraq 12.1 milyard manat olub.

Məqalədə:
Избранный
26
2
az.trend.az

3Источники