RU

Son illərdə BMT bir sıra səbəblərə görə kifayət qədər uğurlu nəticə əldə edə bilməyib - Binəli Yıldırım

Bakı.Trend:

Təhlükəsizlik Şurasında təmsilçilik və daimi üzvlərin hüquqlarıməsələsinə baxdıqda, bu mövzu regional və qlobal səviyyədə çoxlutənqidlərə səbəb olur.

Trend xəbərverir ki, bu fikirləri bu gün Türk Dövlətləri TəşkilatınınAğsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumuçərçivəsində panel müzakirəsində deyib.

“O dövrdə daimi üzvlər bu hüquqları özlərinə özləri veriblər,bunu açıq şəkildə deyirəm. Onlara bu hüquqları verən başqa birsəlahiyyətli qurum olmayıb. Yəni daimi üzvlər özləri üçün hüquqlarmüəyyənləşdiriblər və buna uyğun şəkildə fəaliyyət göstəriblər.Bununla belə, onların bütün addımlarını tamamilə yanlış və yaqeyri-səmimi kimi qiymətləndirmək də doğru olmaz”, - deyə o qeydedib.

B.Yıldırım bildirib ki, illər ərzində Birləşmiş MillətlərTəşkilatı həm regional, həm də qlobal səviyyədə çox dəyərlimissiyalar həyata keçirib. Lakin son illərdə müxtəlif münaqişələrəbaxdıqda – məsələn, sizin regionda Rusiya və Ukrayna arasındamüharibə, Qəzzada etnik təmizləmə, Tbilisidəki qarşıdurma, eləcə dəSuriya, İraq, Əfqanıstan və İsraildəki münaqişələr – təəssüf ki,Birləşmiş Millətlər Təşkilatı bir sıra səbəblərə görə kifayət qədəruğurlu nəticə əldə edə bilməyib.

“Bunun əsas səbəblərindən biri də ondan ibarətdir ki,Təhlükəsizlik Şurasının daimi üzvləri əslində neytral mövqe tutmalıvə münaqişənin tərəfi olmamalıdırlar. Lakin problemlərin həlliprosesində biz görürük ki, bəzi hallarda daimi üzvlər həllin birhissəsinə çevrilmək əvəzinə problemin özünün bir hissəsinəçevrilirlər. Bu isə ciddi problemdir. Məhz buna görə ekspertlər,dünya liderləri, siyasətçilər və alimlər daim vurğulayırlar ki,Birləşmiş Millətlər Təşkilatında islahatların aparılması artıqtəxirəsalınmaz zərurətə çevrilib.

Digər tərəfdən isə burada müəyyən paradoks mövcuddur. Buislahatları kim həyata keçirəcək? Çünki belə dəyişikliklər üçünməhz daimi üzvlərin razılığı tələb olunur. Yəni islahatlar təklifolunsa belə, onların həyata keçirilməsi üçün yenə də daimi üzvlərintəsdiqi lazımdır. Bu isə paradoksal vəziyyət yaradır. Çünki mövcudsistemdən ən çox fayda götürən tərəflər öz səlahiyyətlərininazalmasına səbəb olacaq dəyişiklikləri təsdiqləməlidirlər. Praktikibaxımdan bu, çox çətin görünür”.

B.Yıldırım təklif edib ki, Təhlükəsizlik Şurasının daimi üzvləriilə bağlı mövcud struktur yenidən nəzərdən keçirilsin:

“Bir çox liderlər və ölkələr bildirirlər ki, veto mexanizmininçəkisi yenidən qiymətləndirilməlidir. Məsələn, veto qərarı üçün ənazı iki üzvün razılığı tələb oluna bilər və ya TəhlükəsizlikŞurasında iştirak dairəsi genişləndirilə bilər. Bu zaman regionalvə qlobal geosiyasi vəziyyət nəzərə alınmalıdır. Məsələn, Afrikaqitəsi Təhlükəsizlik Şurasında faktiki olaraq təmsil olunmur.

Eyni zamanda müsəlman dünyası da Təhlükəsizlik Şurasında adekvatşəkildə təmsil olunmur. Bu və buna bənzər müxtəlif təkliflər artıqgündəmdədir. Ümid edirəm ki, bütün bu məsələlər məntiqi və təbiişəkildə nəzərdən keçiriləcək və ayrı-ayrı dövlətlərin maraqlarınaxidmət etməyəcək”.

Избранный
35
2
az.trend.az

3Источники