RU

Ordubad və Culfada internet və rabitə xidmətlərinin verilişi dayandırılacaq

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 12 mart, AZƏRTAC

Martın 12-si saat 22:00-dan martın 13-də saat 05:00-dək Ordubad və Culfa rayonları ərazisində rabitə infrastrukturunda planlı yenilənmə işləri aparılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu müddət ərzində qeyd olunan ərazilərdə internet və digər rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər. Yenilənmə işləri yekunlaşdıqdan sonra həmin rayonlara xidmətlərin verilişi təmin olunacaq.

Müxbir - Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
80
azertag.az

1Источники