ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
“Kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün yeni texnologiyaların tətbiqinə ciddi surətdə ehtiyac var”.
Bunu xalqcebhesi.az-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib.
E.Kərimli qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiq olunmasına, həm innovativ texnologiya, həm yeni suvarma sistemlərinin quraşdırılması, eləcə də bu istiqamətdə digər ölkələrin təcrübəsinin öyrənilməsinə ehtiyac var: “Çünki bəzi hallarda biz görürük ki, iqlim şəraiti bizdən qat-qat aşağı olan ölkələrdə çox böyük məhsuldarlıq əldə edirlər. Sözsüz ki, bu istiqamətdə biz mütəxəssisləri cəlb etməliyik. Eyni zamanda, yeni sort toxumlar və ya digər məhsulları istifadə etməliyik ki, bizim kənd təsərrüfatında məhsuldarlıq yüksəlsin”.
Röya İsrafilova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.