RU

UEFA "Bavariya"nı cəzalandırmağa hazırlaşır

UEFA tərəfindən "Bavariya"nın ulduz yarımmüdafiəçiləri Maykl Olise və Yoşua Kimmixə qarşı intizam işinin açılacağı gözlənilir.

Moderator.az "RMC Sport" nəşrinə istinadən xəbər verir ki, bu qalmaqallı məsələ UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan və Münhen klubunun "Atalanta"nı 6:1 hesabı ilə darmadağın etdiyi ilk matçdan dərhal sonra ortaya çıxıb.

Qarşılaşmanın son dəqiqələrində hər iki futbolçu hakimin qeyd dəftərinə düşüb. Belə ki, matçın 77-ci dəqiqəsində hesab 6:0 olarkən künc zərbəsinin icrasını bilərəkdən yubatdığı üçün Olise sarı vərəqə ilə cəzalandırılıb. Çox keçmədən analoji halla Kimmix də üzləşib. "Bavariya"nın kapitanı 83-cü dəqiqədə cərimə zərbəsini vaxtında yerinə yetirməyərək xəbərdarlıq alıb.

Bu futbolçuların hesabında turnir çərçivəsində əvvəldən də sarı vərəqə olduğundan, son xəbərdarlıqlar onların gələn həftə Münhendə oynanılacaq cavab görüşünü buraxması ilə nəticələnəcək. Lakin bu gedişatla Almaniya təmsilçisi 1/4 finala vəsiqə qazanacağı təqdirdə, hər iki oyunçu "təmizlənmiş" cərimə vərəqələri ilə növbəti mərhələdə iştirak hüququ əldə edəcək.

Nəşrin yaydığı məlumata əsasən, UEFA-nın sərt intizam qaydaları belə hallara qarşı güzəştsizdir. Əgər futbolçuların növbəti mərhələlər ərəfəsində cəzalarını "sıfırlamaq" məqsədilə qəsdən sarı vərəqə aldıqları sübuta yetirilərsə, onları daha sərt sanksiyalar gözləyir. Bu halda Olise və Kimmixin əlavə diskvalifikasiya cəzası alması ehtimalı olduqca yüksəkdir.

Избранный
88
1
moderator.az

2Источники