RU

Şəhid övladı: Qəbələdə keçirilən düşərgədə çoxlu dostlar qazandım

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qəbələ, 12 mart, AZƏRTAC

“YAŞAT” Fondunun təşəbbüsü ilə Qəbələdə təşkil olunan III qış düşərgəsinə qatılan 21 şəhid övladından biri də Nail Rüstəmovdur. O, şəhid Elnur Rüstəmovun oğludur.

Nail AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində düşərgəyə qatılmasından danışıb. “Doğrusu, bu düşərgə mənim üçün bir fürsət oldu. Dağlıq ərazidə xizək sürmək mənə qeyri-adi gəlirdi. İlk günlər uşaqların əksəriyyəti mənim kimi xizək sürə bilmirdi. Təlimçilər sağ olsunlar, çox yaxşı öyrədirlər”, - deyən Nail Rüstəmov onu da diqqətə çatdırıb ki, birinci gün əgər 100 metr məsafəni çətinliklə qət edə bilirdisə, indi daha yüksəklikdən sərbəst şəkildə xizək sürə bilir.

Şəhid övladı düşərgədə xeyli dost qazandığını, onlarla fikir mübadiləsi apardıqlarını, gələcəkdə dostluqlarını davam etdirəcəklərini bildirib.

Qeyd edək ki, martın 10-dan 13-dək “YAŞAT” Fondunun təşkilatçılığı ilə Qəbələdə, “Tufandağ” Qış-Yay İstirahət Kompleksində şəhid övladları üçün III qış düşərgəsi keçirilir.

Müxbir - Rasim İslamoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
57
azertag.az

1Источники