Ajans.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful jurnalistlərə bildirib. "Heç kim İranda xaos istəmir və indiki şəraitdə müharibənin daha da yayılmasına imkan verilməməlidir", - o deyib. Qeyd edək ki, Almaniyanın XİN başçısı Türkiyədə səfərdədir və bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbulunda olub. Söhbət zamanı Yaxın Şərqdəki gərginliyin müzakirə olunduğu qeyd olunur.