RU

Müctəba Xamenei ilk dəfə qohumlarının ölümündən danışdı

İranın yeni ali lideri Müctəba Xamenei, ABŞ və İsrailin əməliyyatları nəticəsində həyat yoldaşını və bacısını itirdiyini təsdiqləyib.

Publika.az xəbər verir ki, onun bu bəyanatı İranın dövlət teleradio şirkəti (IRIB) tərəfindən yayılıb.

Televiziya vasitəsilə səsləndirilən bəyanatda Xamenei deyib:

"İtkisi hər kəsə məlum olan atamla yanaşı, ümid bəslədiyim əziz və sadiq həyat yoldaşımı, özünü valideynlərinə xidmətə həsr etmiş və layiq olduğu mükafatı almış fədakar bacımı, həmçinin onun kiçik övladını şəhidlər sırasına qurban verdim".

Eyni zamanda, martın 12-də "The Sun" qəzeti Müctəba Xameneinin hava zərbəsi nəticəsində ağır yaralandığı barədə məlumat yayıb. Jurnalistlərin iddiasına görə, İran lideri bir və ya hər iki ayağını itirib və hazırda komadadır. Məlumatda onun Tehranın tarixi məhəlləsində yerləşən "Sina" xəstəxanasının reanimasiya şöbəsində olduğu qeyd edilir.

Избранный
55
publika.az

1Источники