RU

Avroparlament sədri Metsola yenə “dişində Azərbaycana zəhər damızdırdı”...



Rauf Zeyni: “Avropa Parlamenti prezidentinin mövqeyi qeyri-obyektivdir, ədalətsizdirdır”

Avropa Parlamentinin prezidenti Roberta Metsola martın 11-də Strasburqda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə bildirib ki, İranla bağlı hadisələr kontekstində Ermənistan Avropa İttifaqı (Aİ) ölkələrindən vətəndaşların təxliyəsi üçün mühüm humanitar dəhliz rolunu oynayır.

“İrandakı hadisələri nəzərə alsaq, Ermənistan mühüm humanitar dəhlizə çevrilib. Avropa ölkələrinin vətəndaşlarının təxliyəsində göstərdiyiniz köməyə görə sizə təşəkkür etmək istərdim”, - deyə Avropa Parlamentinin prezidenti vurğulayıb.

Avropa Parlamentinin prezidenti “Ermənistan Aİ ölkələrindən vətəndaşların təxliyəsi üçün mühüm humanitar dəhliz rolunu oynayır” sözünü deməklə Azərbaycana qarşı haqsızlıq etmirmi? Metsola bu məsələdə Ermənistanın rolunu önə çəkir, halbuki Azərbaycanın bu istiqamətdə fəaliyyəti daha böyükdür. Yəni Azərbaycan Avropa ölkələri vətəndaşlarının İrandan təxliyə olunmasında Ermənistan daha vacib humanitar dəhlizdir.

O, bunları görmür? İndiyə kimi Avropa ölkələrinin xeyli sayda vətəndaşı, diplomatları və sair Azərbaycan vasitəsilə İrandan öz vətənlərinə gediblər. Amma o, heç Azərbaycanın adını çəkmir, amma Ermənistana təşəkkür edir. Buna nə deməkdir?

Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni baki-xeber.com-a bildirdi ki, Metsola Paşinyanla görüşdə Avropa ölkələri vətəndaşlarının İrandan çıxarılması fonunda Azərbaycanla Ermənistanın vacib humanitar dəhliz rolu oynadığını paralel vurğulamalı idi. “Amma təəssüf ki, o təkcə Ermənistanın adını çəkib. Avropa Parlamenti prezidentinin mövqeyi qeyri-obyektivdir, ədalətsizdirdır. Azərbaycanın humanitar dəhliz olduğunu vurğulamamaq böyük haqsızlıqdır.

İlk növbədə Azərbaycanın humanitar dəhliz olduğunu bütün dünya bilir və qeyd edir. Hesab edirəm ki, onun Paşinyanla görüş çərçivəsində yalnız Ermənistanın adını vurğulaması Ermənistanı bir az da Avropaya çəkmək məqsədi daşıyır. Bu həmin məqsədlə deyilmiş birtərəfli, qeyri-obyektiv fikirdir. Düşünürəm ki, Azərbaycan tərəflə görüşdə də Azərbaycanın xüsusi humanitar dəhliz olduğunu qeyd edə bilər. Bütün bunlarla bərabər bəzi Avropa liderləri məhz ermənipərəst mövqeləri ilə seçilir. Bu hər zaman belə olub, bundan sonra bəzi hallarda biz bu mövqeyə rast gələcəyik. Bəzi Avropa liderləri həm erməni lobbisinin təsirindən, həm də görünür öz özəl səbəblərindən həmişə ermənipərəst mövqe sərgiləyirlər”.

R.Zeyni hesab edir ki, vəziyyətdən irəli gələrək Azərbaycan bu istiqamətdə fəaliyyətini genişləndirməlidir, özünü daha yüksək səviyyədə təqdim etməlidir. R.Zehni qeyd etdiyinə görə, bununla da bəzi bu kimi ictimai xadimlərin mövqeyinə təsir göstərməyi bacarmalıdır ki, onlar belə məqamlardan ən azından ədalətli və obyektiv olsunlar. “Düşünürəm, biz beynəlxalq aləmdə daha çox iş aparmalıyıq ki, Azərbaycanın haqlı-ədalətli mövqeyi və göstərdiyi xidmətlər diqqətdən kənarda qalmasın. İranda baş verənlər fonunda Azərbaycanın humanitar dəhliz olması danılmaz gerçəklikdir. Türk və müsəlman dövləti olduğu üçün bir çox hallarda Azərbaycana qarşı ədalətsizlik, haqsızlıq baş verir. Biz də bunu görürük və bununla barışmırıq. Dünyada lobbiçilik fəaliyyəti ilə fərqlənən Ermənistan bir çox Avropa liderlərinin xüsusi münasibətinə nail olur. Ona görə də biz bu məsələlərdə həssas olmalıyıq. Bir çox hallarda Avropa və dünya liderlərinin mövqelərinə, fikirlərinə, beynəlxalq ictimai rəyə daha çox təsir etməyi bacarmalıyıq”-deyə R.Zeyni əlavə etdi.

İradə SARIYEVA

Избранный
20
baki-xeber.com

1Источники