RU

"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?

style='margin-bottom:10px;'>

“Finalissima-2026” çərçivəsində keçiriləcək İspaniya - Argentina matçının məkanı hələ də dəqiqləşməyib.

QOL.az xəbər verir ki, jurnalist Qaston Edulun məlumatına görə, Argentina Futbol Assosiasiyası (AFA) oyunun Madridin “Santyaqo Bernabeu” stadionunda keçirilməsi təklifini qəbul etməyib.

Argentina tərəfi qarşılaşmanın İspaniyada oynanılmasının rəqib üçün aşkar meydan üstünlüyü yaradacağını düşünür. Eyni zamanda Lionel Messinin “Real”ın stadionunda meydana çıxmaq ehtimalı da sual altına düşüb.

Alternativ variantlar kimi Lissabondakı “Estadio da Luz”, həmçinin Roma və Milan şəhərləri nəzərdən keçirilir.

Qeyd edək ki, UEFA və KONMEBOL-un təşkil etdiyi “Finalissima”nın martın 27-də keçirilməsi planlaşdırılır.

Избранный
52
1
teleqraf.com

2Источники