RU

Ərdoğan: Türkiyə silahları susdurmağa çalışır

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ankaranın İranla bağlı mövqeyi "aydındır", və Türkiyə həmişə sülhün tərəfindədir”.

Reyting.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası üzvlərinin qatıldığı iftar proqramında çıxışı zamanı deyib.

Ölkənin İranda atəşkəsə nail olmaq üçün səylərini qeyd edən Ərdoğan bildirib ki, Ankara "silahları susdurmaq, atəşkəsə nail olmaq və danışıqları bərpa etmək üçün intensiv səylər göstərir".

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana birgə hücumlar həyata keçirib, nəticədə o vaxtkı Ali Lider Əli Xamnəi də daxil olmaqla 1300-dən çox insan və 150-dən çox məktəbli qız həlak olub.

Tehran İsrail, İordaniya, İraq və ABŞ hərbi obyektlərinə ev sahibliyi edən bir neçə Körfəz ölkəsinə pilotsuz təyyarə və raket hücumları ilə cavab verib.

E. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
45
reyting.az

1Источники