RU

"Real"dan Avropa nəhənginə

“Liverpul” “Real Madrid”in müdafiəçisi Din Heysenin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, İngiltərə nəhəngi futbolçu üçün 70 milyon avro irəli sürüb. İddialara görə, “Liverpul” transferi mövsümün sonunda yekunlaşdırmaq istəyir.

Qeyd edək ki, futbolçu cari mövsüm “Real”da 28 matçda iştirak edib. Din Heysen 50 milyon avroya "Bornmut"dan “Real Madrid”ə transfer olunub. Futbolçunun “Real”la müqaviləsi 2030-cu ildə yekunlaşır.

Избранный
33
metbuat.az

1Источники