İranın Hörmüz boğazını bağlaması ilə neft bazarlarında artan gərginliklə bağlı ABŞ prezidenti Donald Trampdan təəccüblü bir açıqlama gəlib.
Musavat.com xəbər verir ki, Tramp bildirib ki, ABŞ dünyanın ən böyük neft istehsalçısıdır. Buna görə də, neft qiymətləri artdıqda, biz çox pul qazanırıq. Lakin prezident kimi mənim üçün daha çox maraq doğuran və vacib olan məsələ budur: "Məqsəd şeytani bir imperiya olan İranın nüvə silahı əldə etməsinin və Yaxın Şərqi, hətta dünyanı məhv etməsinin qarşısını almaqdır. Mən buna heç vaxt icazə verməyəcəyəm."
Hörmüz boğazında gərginlik artdıqca ABŞ prezidenti Donald Tramp qlobal neft bazarlarını sarsıdacaq bir açıqlama verib. İranın strateji boğazı bağlamaqla bağlı təhdidlərini qiymətləndirən Tramp, ABŞ-nin dünyanın ən böyük neft istehsalçısı olduğunu vurğulayıb.
Bu yeni mövqenin onlara iqtisadi üstünlük verdiyini bildirən Tramp, neft qiymətlərinin artmasının birbaşa ABŞ iqtisadiyyatı üçün yüksək mənfəətə çevriləcəyini söyləyib.
Könül
Musavat.com