RU

Sabiq DTX əməkdaşı ölkə başçısına və l vitse-prezidentə müraciət etdi

60 yaşlı anamı işdən çıxarmağa məcbur edilər.


News365.az xəbər verir ki, bu sözləri sabiq DTX əməkdaşı N.N sosial şəbəkə hesabında videogörüntülü paylaşım edərək ölkə rəhbərliyinə müraciət edib. 


Paylaşımda iddia olunur ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə təyin olunmuş məmurlar 60 yaşlı xanımı işdən çıxması ilə bağlı ərizə yazdırmaq istəyirlər:


“Özüm sabiq DTX əməkdaşıyam. Dayım 25 il Prezident Mühafizəsində, babam uzun illər polis olaraq çalıııb, Xəzər rayonundan deputat seçilib. Anam universiteti qırmızı diplomla bitirib. Uzun müddətdir orada çalışır. Lakin son vaxtlar bu hal yaşanır, anam stress yaşayır.  Onların etdikləri vətəndaşın dövlətdən narazı olmasına gətirib çıxarır”.


“Ölkə başçısı İlham Əliyev, vitse prezdent Mehriban Əliyeva, bu məsələdə mənə köməklik edin”,-paylaşımda bildirilir. 

Избранный
22
news365.az

1Источники