RU

“İranın iştirakını məqsədəuyğun hesab etmirəm” - Tramp

ABŞ Prezidenti Donald Tramp İrana qarşı davam edən hərbi gərginlik fonunda bu ölkənin futbol yığmasının Dünya Çempionatında iştirakı ilə bağlı ziddiyyətli bəyanat verib.

Sitat.info xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında İran millisinin turnirə dəvət olunduğunu təsdiqləsə də, onların gəlişini “arzuolunmaz” adlandırıb:

“İran milli komandası Dünya Çempionatına xoş gəlib, lakin mən onların orada olmasını öz həyatları və təhlükəsizlikləri baxımından məqsədəuyğun hesab etmirəm”.

Qeyd edək ki, sözügedən açıqlama FIFA prezidenti Canni İnfantinonun Trampla görüşündən sonra verdiyi “İran millisi ABŞ-də xoş qarşılanacaq” mesajı ilə ziddiyyət təşkil edir.

Bundan əlavə, bildirək ki, rəsmi Tehran artıq qərarını verib. İranın idman naziri Əhməd Dünyamalı bildirib ki, Ali Lider Əli Xameneinin ABŞ-İsrail zərbələri nəticəsində həlak olmasından sonra İranın ABŞ torpağında keçirilən yarışda iştirakı qeyri-mümkündür.

Xatırladaq ki, 2026-cı il Dünya Çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İran yığması Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alıb və bütün oyunlarını ABŞ şəhərlərində keçirməli idi.

Избранный
43
1
sitat.info

2Источники