Tyerri Anri “Real Madrid” haqqında zarafat edib. 

Offsideplus.az xəbər verir ki, canlı əfsanə ötən gecə Çempionlar Liqasında "Real Madrid" klubunun "Mançester Siti" üzərində 3:0 hesablı qələbəsindən sonra bunu edib. 

Anri Madrid təmsilçisinin qələbə ruhunu vurğulayaraq bunları deyib:

“Bilmirəm ‘Real Madrid’in formasına nə qoyurlar… Bəlkə onu geyinsəm, saçlarım yenidən çıxar.”