RU

Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib

Rusiyadan İrana göndərilən humanitar yardım Astara dövlət sərhəd buraxılış məntəqəsindən İrana keçib.

Müvafiq prosedur qaydalarından sonra humanitar yardımın Azərbaycan sərhədi vasitəsi ilə İrana keçidi təmin olunub.

***

Rusiya Fövqəladə Hallar Nazirliyinin İrana göndərdiyi humanitar yardım Lənkərandan yola salınıb.

Dərman preparatları və ləvazimatlardan ibarət olan yardım Lənkəran Beynəlxalq Hava Limanında İran Qızıl Aypara Cəmiyyətinə məxsus yük maşınlarına yüklənib. Maşınlar Astara dövlət sərhədindən buraxılış məntəqəsindən İrana keçəcək.

Rusiyadan İrana 13 ton tibbi vasitənin göndərildiyi bildirilir.

***

15.17

Rusiya Fövqəladə Hallar Nazirliyinin İrana göndərdiyi humanitar yardımla yüklü təyyarə Lənkəran Beynəlxalq Hava Limanına eniş edib.

Dərman preparatları və ləvazimatlardan ibarət olan yardım Lənkəranda İran Qızıl Aypara Cəmiyyətinə məxsus yük maşınlarına yüklənərək, Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə göndəriləcək.

Избранный
43
12
anews.az

10Источники