RU

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçibYENİLƏNİB

Rusiyanın Azərbaycan ərazisindən keçməklə İrana göndərdiyi humanitar yardımı daşıyan yük avtomobilləri “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən qonşu ölkəyə yola salınıb.

Xezerxeber.az xəbər verir ki, yük maşınları artıq sərhəddən keçiblər.

19:54

Rusiya Fövqəladə Hallar Nazirliyinin İrana göndərdiyi humanitar yardım Lənkərandan yola salınıb.

Xezerxedber.az-ın xəbərinə görə, dərman preparatları və ləvazimatlardan ibarət olan yardım Lənkəran Beynəlxalq Hava Limanında İran Qızıl Aypara Cəmiyyətinə məxsus yük maşınlarına yüklənib. Maşınlar Astara dövlət sərhədindən buraxılış məntəqəsindən İrana keçəcək.

Rusiyadan İrana 13 ton tibbi vasitənin göndərildiyi bildirilir.

Избранный
42
12
xezerxeber.az

10Источники