Remi Deşam “Lion”da daha uzun müddət çıxış edəcək.
"Football-plus.az" xəbər verir ki, 29 yaşlı qapıçı klubu ilə müqaviləni yeniləyib. Tərəflər arasında imzalanan yeni sözləşmənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
“Lill”in yetirməsi olan Deşam 2024-cü ilin yayında “Lion”a qoşulub. O, karyerası ərzində “Tur”, “Şarlerua” və “Nant”ın da şərəfini qoruyub.
Təcrübəli qolkiper cari mövsümdə “Lion”un heyətində bütün turnirlərdə 12 matçda iştirak edib və 9 top buraxıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта