RU

"Real"ın futbolçusu Premyer Liqa klublarının hədəfində - "kral klubu" 50 milyon avro tələb edir

Eduardo Kamavinqa İngiltərəyə köçə bilər. Bu barədə insayder Matteo Moretto məlumat verib.

Sportal.az xəbər verir ki, “Real"da o, toxunulmaz sayılmır. Artıq Premyer Liqa klubları onunla maraqlanır. Əsas transfer etmək isəyən klub isə "Liverpul"dur.

"Hələlik "Real" konkret qiymət müəyyən etməyib, amma aydındır ki, klub onu 50 milyon avrodan ucuz satmaq istəməyəcək”, – deyə Moretto bildirib.

Qeyd edək ki, bu mövsüm fransalı yarımmüdafiəçi La Liqada 19 oyuna çıxıb və 1 qol vurub.

saytlarin hazirlanmasi

Избранный
101
1
sportal.az

2Источники