RU

Qazaxıstanda seçki məntəqələri referenduma hazırdır

Martın 15-də keçirilməsi planlaşdırılan milli referendum üçün bütün seçki məntəqələri Qazaxıstanda və xaricdə tam şəkildə fəaliyyət göstərir.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, ölkə daxilində 10.402 seçki məntəqəsi açılacaq. Onların 9.779-u vətəndaşların qeydiyyat ünvanlarında, 634-ü isə müvəqqəti yaşayış yerlərində fəaliyyət göstərəcək.

Bununla yanaşı, 64 xarici ölkədə 82 seçki məntəqəsinin açılması planlaşdırılırdı; lakin Yaxın Şərqdə artan münaqişə səbəbindən Qazaxıstan Xarici İşlər Nazirliyi 10 ölkədə 11 seçki məntəqəsini bağlayıb.

2026-cı il fevralın 22-si tarixinədək referendum iştirakçılarının siyahılarına 12.461.796 vətəndaş daxil edilib. Fevralın 27-dən etibarən siyahılara seçki məntəqələrində və onlayn formatda baxmaq mümkündür.

Eyni zamanda, 10 təşkilatdan və xarici ölkələrin 27 mərkəzi seçki komissiyasından 336 beynəlxalq müşahidəçi referendumda iştirak etməyi planlaşdırır.

Избранный
42
2
yeniazerbaycan.com

3Источники