5300 illik Hind vadisi yazısını deşifrə edən şəxsə 1 milyon dollar mükafat veriləcək.
News365.az xəbər verir ki, bunu Hindistanın cənub-şərqində yerləşən Tamil Nadu əyalətinin baş naziri Muthuvel Stalin deyib.
Bildirilib ki, qədim Harappa mədəniyyətinə aid olan yazıların deşifrə edilməsində əsas maneə yazıların çox qısa-qısa olmasıdır.
İşarə və simvollardan ibarət olan bu yazıların əksəriyyəti möhürlər və keramika üzərinə həkk olunub.