RU

Çempionlar Liqasında het-trik etdi, həftənin futbolçusu seçildi...

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adı müəyyənləşib. SİA-nın məlumatına görə, "Real"ın yarımmüdafiəçisi Federiko Valverde həftənin oyunçusu seçilib.

Uruqvaylı futbolçu Madrid təmsilçisinin doğma meydanda "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub etdiyi matçda het-trik edərək bu ada layiq görülüb. Valverde hər üç qolu qarşılaşmanın ilk hissəsində rəqib qapısından keçirib. Səsvermədə ikinci pilləni "Atletiko"dan Yulian Alvares, üçüncü yeri "PSJ"nin üzvü Xviça Kvaratsxeliya, dördüncü sıranı isə "Bavariya"nın futbolçusu Maykl Olise tutub.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları martın 17-si və 18-də keçiriləcək.

Mətləb

Избранный
47
3
sia.az

4Источники