RU

İran ABŞ tankerini hədəfə aldı

Hörmüz boğazında Marşal Adaları bayrağı altında üzən ABŞ-yə məxsus neft tankeri hədəfə alınıb. Metbuat.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu bu barədə açıqlama verib. Açıqlamada deyilir ki, Marşal Adaları bayrağı altında üzən "Safesea Vişnu" neft tankeri Hörmüz boğazının şimalında hədəfə alınıb. Bəyanatda həmçinin Fars körfəzi və Hörmüz boğazının gəmilərin hərəkəti üçün təhlükəsiz olmadığı bildirilib və ABŞ-nin bu vəziyyətə görə məsuliyyət daşıdığı qeyd edilib.

Məlumatda deyilir ki, ticarət gəmiləri raketlər hücumlarına məruz qalmamaq üçün İranın dəniz qaydalarına riayət etməlidir.

Избранный
47
metbuat.az

1Источники