RU

İnarə Babayeva: Türk xalqlarını birləşdirən ortaq dəyərlər musiqidə yaşayır

Bakı, 12 mart, AZƏRTAC

"Türk xalqlarını birləşdirən ortaq dil, mədəniyyət və musiqi ənənələri bu gün də müxtəlif layihələr və konsert proqramları vasitəsilə yaşadılır və təbliğ olunur. Bu istiqamətdə təşkil edilən tədbirlər xalqlar arasında mədəni bağları daha da möhkəmləndirir, ortaq kökləri və dəyərləri tamaşaçılara təqdim edir".

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist İnarə Babayeva deyib.

"Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan konsert proqramı da məhz bu məqsədə xidmət edir - ortaq dəyərləri yaşatmaq və paylaşmaq. Proqramda altı ölkənin musiqi və rəqs nümunələri təqdim olunub. Bu cür layihələr həm milli musiqinin, həm də ümumilikdə türk xalqlarının ortaq mədəni irsinin tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Çünki bu xalqların dilində, musiqisində və mədəniyyətində eyni köklər hiss olunur", - deyə Əməkdar artist qeyd edib.

Müxbir - Gülay Nəzərova

Fotoqraf - Nicat Haşımov

Избранный
75
1
azertag.az

2Источники