RU

Naxçıvanın 40 milyon manatdan çox büdcə qalığı açıqlanıb

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində 2025-ci ilin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, maliyyə naziri Həsən İsmayılov bildirib ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 493 milyon 143 min manat proqnoza qarşı 450 milyon 644 min 744 manat məbləğində icra olunub.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinə gəldikdə isə 505 milyon 184 min manat proqnoza qarşı 445 milyon 629 min 730 manat icra olunub. Bu göstəricinin 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 23 min 138 manat çox olduğu diqqətə çatdırılıb. 2026-cı il 1 yanvar tarixinə büdcə qalığının isə 40 milyon 516 min 533 manat təşkil etdiyi qeyd edilib.

İclasda bildirilib ki, 2025-ci ildə Azərbaycan Respublikasının mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya 285 milyon 713 min manat nəzərdə tutulsa da, faktiki olaraq 160 milyon manat məbləğində icra olunub.

Nazir çıxışında 2026-cı ilin büdcə göstəricilərinə də toxunaraq bildirib ki, 2026-cı il üçün Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 483 milyon 178 min manat, büdcə xərcləri isə eyni məbləğdə proqnozlaşdırılıb.

İclasın sonunda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
61
5
far.az

6Источники