Mingəçevirdə mənzildən qadın meyiti tapılıb.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində yerləşən binalardan birində qeydə alınıb.
Belə ki, mənzillərdən birində 1963-cü il təvəllüdlü şəhər sakini Rayət Göyüşovanın meyiti aşkarlanıb.
İlkin müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlamətləri müəyyən edilməyib.
Qadının ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"