RU

“İtlərim məni yerlə sürüdülər, yaralandım"

Müğənni Dilarə Kazımovanın başına iş gəlib.

Milli.Az xəbər verir ki, ifaçı ötən gün itləri ilə gəzintidə olarkən yerə yıxılaraq yaralanıb. Bu barədə o, "Xəzər axşamı" verilişində danışıb:

"Dünən iki itimlə gəzintiyə çıxmışdım. Hər biri 35 kiloqramdır. Onlar kimisə görəndə reaksiya verirlər. Həmin anda məni dartanda yıxıldım. Qollarımda və belimdə yaralar var. Məni yerlə sürüdülər. Əynimdə olan kombinezonum cırıldı. Bu gün onlarla gəzintiyə çıxmadım ki, sağ qalım və efirə gəlim. Anam həmişə deyir ki, sən itlərin səni şikəst etməsini gözləyirsən". (Axşam.az)

Milli.Az

Избранный
57
5
milli.az

6Источники