Rusiya daxilində birlik hiss olunduğu müddətcə məğlubedilməzdir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 12-də "Rossiya" Milli Mərkəzində "Səma aşıb" sənədli filminin premyerasında video təbrikində bildirib.
"Rusiyanın gücü onun birliyindədir. Ruslar, tatarlar, müsəlmanlar, pravoslav xristianlar, karyera zabitləri və könüllülər - vaxtı gələndə çiyin-çiyinə dayanıb birləşirlər. Və bu birliyi hiss etdiyimiz müddətcə məğlub olmayacağıq", - deyə o qeyd edib.