RU

Yaxın Şərq münaqişəsi səbəbindən Dubayın lüks otelləri böyük endirimlər təklif edir

BƏƏ, beynəlxalq turizmin azalmasını sakinlər üçün cəlbedici paketlər təklif etməklə kompensasiya etməyə çalışır.

QHT.az xəbər verir ki, Yaxın Şərqdəki müharibə və hava səyahətlərinə qoyulan məhdudiyyətlər səbəbindən Dubayda turist axını kəskin azalıb. Buna görə də şəhərin otelləri beynəlxalq turistlərin azalmasını kompensasiya etmək üçün yerli sakinlərə xüsusi qısamüddətli istirahət paketləri və böyük endirimlər təklif etməyə başlayıb. Bəzi otellərdə qiymətlərin 50–60 faizə qədər ucuzlaşdığı bildirilir.

Jumeirah Beach Hotel, Burj Al Arab və digər məşhur hotellər BƏƏ sakinlərinə yaşayışda 30 faizə qədər endirim, spa xidmətlərində kampaniyalar və müxtəlif bonuslar təqdim edir. Bəzi hotellərdə otaqların gecəlik qiyməti 108 dollardan başlayır.

Ekspertlərin hesablamalarına görə, regiondakı münaqişə Yaxın Şərq ölkələrində turizm sektoruna ciddi zərbə vuraraq gündə təxminən 600 milyon dollar turist xərclərinin itirilməsinə səbəb olur. Buna baxmayaraq, qiymətlərin aşağı düşməsi yerli sakinlərin hotellərdə istirahətə marağını artırıb.

 

R.İmanov

Избранный
56
qht.az

1Источники