RU

İtaliya yeni hava müdafiə sistemini Ukraynada sınaqdan keçirəcək

İtaliyanın müdafiə sənayesi şirkəti Ukraynada yeni hava hücumundan müdafiə sistemini sınaqdan keçirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, "Leonardo" şirkəti ən yeni hava müdafiə sistemi "Michelangelo"nun sınaqlarını Ukrayna ərazisində həyata keçirməyi nəzərdə tutur.

Məlumata görə, sistemin əsas xüsusiyyəti açıq memarlıq prinsipi ilə qurulmasıdır. Bu texnologiya sayəsində kompleks təxminən 10–15 kilometr radiusda qorunan zonalar formalaşdırmağa imkan verir.

Bildirilir ki, sınaqlar çərçivəsində sistemin ballistik raket hücumlarının qarşısını alma qabiliyyəti yoxlanılacaq. Eyni zamanda, kompleksin ümumi Avropa komandanlıq və idarəetmə strukturuna inteqrasiya imkanları da qiymətləndiriləcək.

 

Musavat.com

Избранный
83
musavat.com

1Источники