RU

Artıq içiləndə dərd verirmiş...

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Su qəbulu ilə bağlı universal standart yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu nefroloq Maria Proskura deyib.

O, bədənin maye ehtiyacını nəyin müəyyən etdiyi barədə də məlumat verib:

“Bədənin ehtiyac duyduğu maye miqdarı yaşdan, bədən çəkisindən, iqlimdən, fiziki aktivlik səviyyəsindən, qidadakı duz miqdarından və insanın ümumi sağlamlığından asılıdır”.

Nefroloq həmçinin gündə iki litr su içmək ehtiyacı ilə bağlı geniş yayılmış mifi də təkzib edib.

Həkim qeyd edib ki, həddindən artıq maye qəbulu böyrəkləri yuyub təmizləmir və böyrək xəstəliklərinin inkişafının qarşısını almır.

O həmçinin xəbərdarlıq edib ki, ürək çatışmazlığı və ya böyrək funksiyasının azalması hallarında həddindən artıq su zərərli ola bilər və yüksək təzyiqə səbəb ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
91
qafqazinfo.az

1Источники