RU

Ən böyük rəqibim özüməm Avropa çempionu

ain.az bildirir, Unikal.az portalına istinadən.

"İkinci dəfə Avropa çempionu oldum".

"Unikal" xəbər verir ki, bu sözləri Serbiyanın Zrenyanin şəhərində təşkil edilən U-23 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Günay Qurbanova deyib.

59 kiloqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı xoşbəxt olduğunu bildirib:

"Ümid edirəm ki, gələcəkdə də bu medalı qazanmaq üçün daha çox şansım olacaq. Bu yola gəlmək asan olmadı. Həmişə məni dəstəkləyən məşqçilərimə təşəkkür edirəm. Mənim üçün zəif rəqib yoxdur, əsas rəqibim özüməm. Amma final ən çətin mərhələ oldu. Növbəti hədəfim böyüklər arasında Avropa çempionatıda qızıl medal qazanmaqdır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
74
4
unikal.az

5Источники