RU

Ucuz dron, bahalı müdafiə: "İran ABŞ-nin raket ehtiyatlarını əridir"

Yaxın Şərqdə artan gərginlik fonunda İranın tətbiq etdiyi yeni hərbi taktika ABŞ və müttəfiqlərinin müdafiə strategiyasında ciddi suallar yaradıb.

Musavat.com xəbər verir ki, Bloomberg agentliyinin yaydığı məlumata görə, İranın kütləvi şəkildə istifadə etdiyi ucuz pilotsuz uçuş aparatları ABŞ və onun tərəfdaşlarını çox bahalı raket-tutuculardan rekord sürətlə istifadə etməyə məcbur edir.

Məlumata əsasən, ABŞ ordusu İranla qarşıdurmaya qədər “kiçik aviasiya” – yəni dron hücumları səviyyəsində belə genişmiqyaslı təhlükə ilə üzləşməmişdi. Bu səbəbdən İranın tətbiq etdiyi taktika regiondakı hava hücumundan müdafiə sistemlərinə ciddi yük yaradıb.

Agentlik qeyd edir ki, Tehran illər ərzində raket və pilotsuz uçuş aparatlarından ibarət geniş arsenal formalaşdırıb və onları ölkə ərazisi boyunca müxtəlif bazalarda yerləşdirib. Bu isə hücumların eyni vaxtda bir neçə istiqamətdən həyata keçirilməsinə imkan verir və ABŞ müttəfiqlərinin müdafiə sistemlərini çətin vəziyyətə salır.

Xüsusilə İranın Shahed-136 tipli kamikadze dronları diqqət çəkir. Texnoloji baxımdan sadə və ucuz hesab olunan bu dronların kütləvi istifadəsi ABŞ və müttəfiqlərini daha mürəkkəb və bahalı müdafiə sistemləri ilə cavab verməyə məcbur edir.

Bloomberg-in məlumatına görə, hücumların qarşısını almaq üçün ABŞ və Fars körfəzi ölkələri PAC-3 tipli 1000-dən çox raket-tutucudan istifadə edib. Bu rəqəm həmin raketlərin illik istehsal həcminin demək olar ki, iki qatına bərabərdir.

Eyni zamanda qeyd olunur ki, bu göstərici ABŞ və müttəfiqlərinin son dörd il ərzində Ukraynaya göndərdiyi PAC-3 raketlərinin sayından da çoxdur.

Musavat.com

Избранный
43
39
musavat.com

10Источники