RU

"Qarabağ” tanınmış futbolçunu istəyir

"Qarabağ” Bolqarıstanın “Levski” klubunun hücumçusu Mustafa Sanqarenin transferində israrını davam etdirir. Metbuat.az xəbər verir ki, bu barədə Afrika mətbuatı məlumat yayıb. Bildirilir ki, Mali millisinin futbolçusunu mövsümün sonunda heyətinə qatmaq Azərbaycan çempionu üçün prioritetdir. “Qarabağ” 27 yaşlı forvardı ölkəmizə gətirməyə razı salmağa çalışır. Ağdam təmsilçisi eyni anda “Levski” ilə də danışıq aparır. Hücumçunun transfer dəyəri 1,5 milyon avroya bərabər göstərilir.

Qeyd edək ki, Mustafa Sanqare 2024-cü ildən “Levski”nin formasını geyinir.

Избранный
2
1
metbuat.az

2Источники