RU

İranın hücumu nəticəsində İsrailin şimalında 58 nəfər yaralanıb

BAKI, 13 mart. TELEQRAF

İranın İsrailin şimalına endirdiyi raket zərbəsi nəticəsində azı 58 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti təcili tibbi yardım xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, cümə günü səhər saatlarında İran tərəfindən həyata keçirilən raket hücumu nəticəsində ölkənin şimalında yerləşən binalardan biri zərər görüb. Hücum zamanı 58 nəfər yaralanıb.

Həkimlərin bildirdiyinə görə, yaralılardan birinin vəziyyəti orta ağırdır, 57 nəfər isə şüşə qırıntıları nəticəsində yüngül xəsarətlər alıb. Onların hamısı tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara aparılıb.

İsrail polisi isə zərbə nəticəsində binaya ziyan dəydiyini bildirib. Hazırda hadisə yerində partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər işləyir.

Избранный
14
teleqraf.com

1Источники